Hello Park - Park qaydaları
HELLO PARK QAYDALARI
-
Hello Park multimedia parkı 3–12 yaş arası ziyarətçilər üçün nəzərdə tutulub.
-
Əraziyə ayaqqabı ilə daxil olmaq qadağandırhello-park.com/nullPark qaydaları. Parkda corab geyinmək məcburidir.
-
Ayaqqabı və üst geyimlər girişdəki şkaflarda saxlanmalıdır. Park rəhbərliyi qonaqların şəxsi əşyalarının təhlükəsizliyinə görə məsuliyyət daşımır.
-
Giriş bileti bütün oyunlardan istifadə etməyə imkan verir.
-
Giriş biletləri bir dəfəlikdir. Biletlər qaytarılmır və tarix/saat dəyişdirilmir. Eyni bilet ilə bir gün ərzində Hello Park-a bir dəfədən artıq daxil olmaq qadağandır. Hello Park kafesində qida və içkilərə xərclənən vəsait biletlərin qiymətinə daxil deyil.
-
Oyunlar üçün fərqli qaydalar və şərtlər müəyyən oluna bilər. Oyuna başlamazdan əvvəl informasiya lövhəsindəki qaydalarla tanış olmaq vacibdir.
-
Hello Park kassalarında uşağ ziyarətçiyə və uşağın yanında olan yetkin şəxsə RFID qolbaq taxılır. Qolbaqsız ziyarətçilərin parka daxil olması qadağandır.
-
Ziyarətin sonunda uşaqların qolbaqları yalnız müşayiət edən böyüyün iştirakı ilə çıxarılır.
-
Giriş zamanı məsuliyyət formasını doldurmuş böyüklərin müşayiəti ilə 6 yaşdan yuxarı uşaqlar parkda tək qala bilərlər. Lakin 6 yaşdan kiçik uşaqlar yalnız böyüyün nəzarəti altında ola bilərlər. Əgər böyüyün müvəqqəti olaraq parkdan çıxması lazım gələrsə, işçilər ona müvəqqəti çıxış qolbağı təqdim etməlidirlər.
-
6 yaşdan yuxarı uşaqlar və 18 yaşa qədər böyüklər Hello Park-a yalnız böyüklərin müşayiəti ilə daxil ola bilərlər. Müşayiət edən böyüklər uşaqlar parkda olduğu müddətdə park ərazisində qalmalıdırlar.
-
Uşaqlar böyüyün müşayiəti olmadan, hətta qısa müddətə də, parkı tərk edə bilməzlər. Parkdan çıxarkən uşaqlar və müşayiət edən böyüklər birlikdə çıxış zonasına yönəlməlidirlər.
-
Uşaq ziyarətçilər və müşayiət edən böyüklər parkdakı digər qonaqlara qarşı hörmət və nəzakət göstərməlidirlər.
-
Hello Park xəbərdarlıq etmədən parkı tam və ya qismən bağlamaq və girişdə ziyarətçi sayını məhdudlaşdırmaq hüququna malikdir.
-
Park əmlakını və oyun avadanlıqlarını parkdan çıxarmaq qadağandır.
-
Hello Park itmiş, oğurlanmış və ya zədələnmiş əşyalar üçün məsuliyyət daşımır.
-
Kənardan gətirilən qida və içkilərin parka daxil edilməsi qadağandır.
-
Parkda siqaret/elektron siqaret çəkmək və saqqız çeynəmək qəti qadağandır.
-
Park ərazisinə heyvan gətirmək qadağandır.
-
Narkotik maddələrin, alkoqollu içkilərin və ya psixotrop vasitələrin təsiri altında parka daxil olmaq qadağandır.
-
Ziyarətçilərin parka silah və təhlükəli əşyalar gətirməsi qadağandır.
-
Hello Park ərazisində öncədən razılaşdırılmadan reklam, broşura və ya digər tanıtım materiallarının yerləşdirilməsi qadağandır.
-
Oyun zonalarından istifadə zamanı ziyarətçilər Hello Park-ın peşəkar fotoqrafı tərəfindən foto və video çəkilə bilər. Parkda olan ziyarətçilər şəkil və videolarının Hello Park-ın reklam məqsədləri üçün, sosial şəbəkələrdə və digər platformalarda istifadəsinə razılıq vermiş hesab olunurlar.